AZ

“Qarabağ”ın oyununa biletlərin qiyməti AÇIQLANDI

Çempionlar Liqasının 3-cü turunda İspaniyanın “Atletik”(Bilbao) və “Qarabağ” arasında keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb.

KONKRET.az Publika-ya istinadla xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, biletlərin qiyməti yerindən asılı olaraq 60-220 avro (təxminən 120-440 manat) arasında dəyişir.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Qeyd edək ki, bir turdan sonra “Qarabağ”ın aktivində 3 xal var. “Atletik” isə evdə “Arsenal”a 0:2 uduzub.

Seçilən
5
12
konkret.az

10Mənbələr