Çempionlar Liqasının 3-cü turunda İspaniyanın “Atletik”(Bilbao) və “Qarabağ” arasında keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb.
Turkustan.az İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 60-220 avro (təxminən 120-440 manat) arasında dəyişir.
“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
Qeyd edək ki, bir turdan sonra “Qarabağ”ın aktivində 3 xal var. “Atletik” isə evdə “Arsenal”a 0:2 uduzub. /Publika.az/