AZ

"Turan Tovuz"un yeni transferi oynaya bilməyəcək - SƏBƏB

“Turan Tovuz”un müdafiəçisi Enrike Silva komandasına kömək edə bilməyəcək.

İdman.biz sportal.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu zədə səbəbindən sıradan çıxıb.

Misli Premyer Liqasının V turunun “Sabah”la oyununda (0:2) zədələnmiş Silva 15-ci dəqiqədə məcburiyyətdən əvəzlənmişdi.

O, iki həftə oynamayacaq. Qeyd edək ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Braziliyalı karyerası ərzində "Vasko da Qama", "Lion" və "Valyadolid" kimi klublarda çıxış edib.

İdman.biz

Seçilən
12
4
idman.biz

5Mənbələr