AZ

“Turan Tovuz”un legioneri iki həftə OYNAMAYACAQ

“Turan-Tovuz”un müdafiəçisi Enrike Silva komandasına kömək edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, braziliyalı futbolçu zədə səbəbindən sıradan çıxıb.

Misli Premyer Liqasının V turunun “Sabah”la oyununda (0:2) zədələnmiş Silva 15-ci dəqiqədə məcburiyyətdən əvəzlənmişdi.

O, iki həftə oynamayacaq. Qeyd edək ki, 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Braziliyalı karyerası ərzində "Vasko da Qama", "Lion" və "Valyadolid" kimi klublarda çıxış edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
6
4
bizim.media

5Mənbələr