AZ

Lənkəranda 10 nömrəli məktəbdə tədris prosesinin pozulması ilə bağlı məsələyəaydınlıq gətirildi

Lənkəran şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil oktyabr ayından davam edəcək.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bildirib ki, ötən günlərdə bir neçə vətəndaş şəxsi müraciətləri əsasında sözügedən məktəbin təmir işlərinin gecikməsini və nəticədə məktəbdə tədris prosesinin pozulması ilə əlaqədar narahatlıqlarını bildirmişdir:

"Nəzərinizə çatdırım ki, məktəbdə aparılan cari təmir işləri çərçivəsində dam örtüyü, pəncərələr və sanitar qovşaqlar yenilənir".

Artıq dam örtüyü tamamilə dəyişdirilmiş, pəncərələr yeniləri ilə əvəz olunmuş, sanitar qovşaqlarda isə işlər yekunlaşmaq üzrədir.

1 oktyabr 2025-ci il tarixindən etibarən Lənkəran şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbi öz fəaliyyətini yenidən əsas binasında davam etdirəcək/

Seçilən
18
8
redaktor.az

9Mənbələr