AZ

Tramp: ABŞ Venesuela ilə əlaqəli narkokartellərə qarşı yeni zərbələr endirəcək

ABŞ Venesuelayla əlaqəli olduğu iddia edilən narkokartellərə qarşı yeni zərbələr endirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Vaşintonun başqa seçimi yoxdur.

“Biz bu yaxınlarda Venesuela terrorçularını və onların ticarət şəbəkələrini məhv etmək üçün ABŞ ordusunun böyük gücündən istifadə etməyə başladıq. ABŞ-a narkotik qaçaqmalçılığı edən hər bir terrorçu xəbərdar olmalıdır ki, onları yer üzündən siləcəyik”, – Ağ Ev rəhbəri bildirib.

Seçilən
17
nocomment.az

1Mənbələr