AZ

DOST Agentliyində Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Ukraynanın rəqəmsal texnologiyalar nazirinin müavini Nataliya Denikeyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illərdə ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, həmçinin DOST konsepsiyası barədə məlumat verib. Qeyd olunub ki, hazırda DOST mərkəzlərində 161 növ sosial xidmət “bir pəncərə” prinsipi ilə təqdim olunur.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov elektron xidmətlərlə bağlı təqdimatla çıxış edib. Təqdimatda dövlət sosial xidmətlərinin elektron və proaktiv əsasda, vətəndaş məmnunluğu prinsipi ilə qurulması istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər əks olunub.

Görüş zamanı ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti və Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Səfərin məqsədi rəqəmsal texnologiyalarla tanışlıq, təcrübə mübadiləsi və ölkələr arasında elektron texnologiyalar üzrə memorandumun imzalanmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azertag.az

2Mənbələr