“Fənərbağça” mövsümün sonunda Anderson Talişka ilə müqaviləni yeniləməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçuya qışda rəsmi təklif gələrsə, “Fənərbağça” onun satışına dərhal razı olacaq. Əks halda, Talişka 2026-cı ildə müqaviləsi başa çatdıqda komandadan ayrılacaq.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm “Əl-Nəsr”dən transfer olunub və 32 oyunda 22 qol, 14 assistlə yadda qalıb.