AZ

BMT dən dünyaya səsləndi “İnsanlığa ləkədir”

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

“Qəzzada ölənlərin 20 mindən çoxu uşaqlardır. Son 23 ayda Qəzzada hər saatda bir uşaq həlak olur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı deyib:

“İndi sizə Qəzzada gündəlik həyatı əks etdirən bir fotoşəkil göstərəcəyəm. Fotoda əllərində boşqab olan qadınlar əks olunub. Xahiş edirəm, hamımız əlimizi vicdanımıza qoyub cavab verək: 2025-ci ildə belə vəhşiliyə haqq qazandırmaq olarmı? Amma insanlıq adına ləkə olan bu səhnə Qəzzada 23 aydır hər gün baş verir.

Buna hansı vicdan dözə bilər? Hansı vicdan səssiz qala bilər? Uşaqların aclıqdan və dərmansızlıqdan öldüyü dünyada sülh ola bilərmi?!

Amerikada, Avropada və dünyanın istənilən yerində uşağın əlinə sancılmış kiçik tikan valideynlərin ürəyini parçalayır, amma Qəzzada uşaqların əlləri, qolları, ayaqları narkozsuz kəsilir.

Bu, insanlığın ən aşağı nöqtəsidir. Bəşər tarixi ötən əsrdə belə vəhşiliyin şahidi olmamışdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
3
qafqazinfo.az

4Mənbələr