İsmayıllıda avtomobil idarəetmədən çıxaraq aşıb, sürücü ölüb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürdeldarbəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Gideyli kəndi istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan isə bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.