AZ

“Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyası başlayıb” − MEDİA


Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.
Qeyd olunub ki, yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb.
Bildirilib ki, Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.
Seçilən
198
7
yeniavaz.com

10Mənbələr