AZ

Tramp dünyanı nüvəsizləşdirməyə və bioloji silahların istehsalını dayandırmağa çağırıb

Nyu-York, 23 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp nüvəsizləşdirməyə və bioloji silahların tədqiqinin və inkişafının dayandırılmasına çağırış edib.

AZƏRTAC-ın məlumatına görə, Tramp deyib ki, onun administrasiyası Bioloji Silahlar üzrə Konvensiyanın tələblərini yerinə yetirmək üçün beynəlxalq səylərə rəhbərlik edəcək. ABŞ Prezidenti nüvə silahlarının inkişafının dayandırılmasını istədiyini elan edib.

"Biz onlardan heç vaxt istifadə edə bilmərik. Əgər onlardan istifadə etsək, dünyanın, sözün əsl mənasında, sonu gələ bilər", - deyə Tramp əlavə edib.

Prezident deyib ki, COVID pandemiyasına “töhfə verən” xaricdəki ehtiyatsız təcrübələrə baxmayaraq, bir çox ölkə biosilahlar və süni patogenlər üzərində son dərəcə riskli araşdırmaları davam etdirir, bu isə son dərəcə təhlükəlidir.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
15
4
azertag.az

5Mənbələr