AZ

Tramp: “Yeddi müharibəni dayandırdım, BMT isə heç bir addım atmayıb”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, yeddi ay ərzində yeddi müharibəni dayandırıb, lakin heç bir halda Birləşmiş Millətlər Təşkilatı (BMT) ona dəstək göstərməyib.

Tramp bu açıqlamanı 23 sentyabr tarixində BMT Baş Assambleyasının iclasında verib:
“Mən yeddi müharibəni dayandırdım. Heç bir prezident, heç bir baş nazir, heç bir ölkə belə bir iş görməyib, amma mən bunu yalnız yeddi ay ərzində etdim.

Bu, əvvəllər heç vaxt baş verməyib. Mənim üçün bu böyük bir şərəfdir.”

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr