AZ

NASA okeanlarda 20 milyon ton qızıl aşkar etdi

NASA alimləri okean sularında təxminən 20 milyon ton qızılın həll olunmuş halda mövcud olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu, Yer üzündə indiyədək müəyyən edilmiş ən böyük qızıl ehtiyatıdır.

Lakin həmin ehtiyatın çıxarılması hələlik texniki və iqtisadi baxımdan mümkün deyil. Mütəxəssislərin sözlərinə görə, hər litr suda yalnız 0,00000005 qram metal var və bu, çıxarılmanı çətinləşdirir. Eyni zamanda qızıl okeanlarda bərabər şəkildə yayılıb və onu çıxarmaq üçün mövcud texnologiyalar kifayət etmir.

Hazırda alimlər bir sıra eksperimental üsullar üzərində işləyirlər. Bunlara qızıl hissəciklərini tutmaq üçün nanofiltrlər, dəniz ekosistemini zədələməyən kimyəvi proseslər və böyük həcmdə suyu aşağı xərclə emal edə bilən yeni texnologiyalar daxildir. Lakin bu üsulların heç biri praktik mərhələyə çatmayıb.

Digər tərəfdən, dərin dəniz mədənlərinin potensialı olsa da, onlar ciddi ekoloji risklər yaradır. Çünki dəniz dibindən mineral çıxarılması ekosistemlərin pozulmasına, yaşayış mühitlərinin dəyişməsinə və ağır metallarla çirklənməyə səbəb ola bilər. Papua Yeni Qvineya kimi ölkələrdə bu sahədə təcrübələr aparılsa da, mövzu ətrafında mübahisələr davam edir.

Hazırda okeanlarda mövcud olan 20 milyon ton qızıl yalnız nəzəri sərvət hesab olunur. Onun real hasilatı isə gələcək texnoloji irəliləyişlərdən asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
1
olaylar.az

2Mənbələr