AZ

Tramp: Yeddi müharibəyə son qoydum, onlardan biri Azərbaycan-Ermənistan münaqişəsi idi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp BMT Baş Assambleyasının kürsüsündən çıxışı zamanı diqqətçəkən bəyanatla çıxış edib.

Operativ Media xəbər verir ki, o, prezidentliyi dövründə yeddi müharibəyə son qoyduğunu bildirib.

Tramp vurğulayıb ki, həmin münaqişələrdən biri də Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurma olub.

ABŞ lideri qeyd edib ki, tərəflər arasında əldə olunan sülhün Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsi üçün mühüm tarixi əhəmiyyəti var.

Onun sözlərinə görə, ABŞ-nin vasitəçilik səyləri sülh prosesinə təkan verib və bu, beynəlxalq təhlükəsizlik baxımından mühüm nailiyyət hesab olunur.

Seçilən
8
operativmedia.az

1Mənbələr