AZ

Əmrullayevin gizli "kitab oyunu": "Körpü" nəşriyyatı ilə "işbirliyinin" PƏRDƏARXASI - FOTO

[center][/center]Heç kimə sirr deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi isə Elm və Təhsil Nazirliyidir. Dolayısı ilə desək, nazir Emin Əmrullayevin xəbəri olmadan heç bir maxinasiyaya yol verilməsi mümkün deyil. Beləliklə, çox hörmətli Emin Əmrullayevlə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Redaksiyamıza göndərilən məlumatda iddia olunur ki, "Кörpü" nəşriyyatında çap edilən, qiyməti isə nə az, nə çox, düz 9,5 manat olan "Riyaziyyat" test və tapşırıqlar kitabı respublikanın bütün orta ümumtəhsil məktəblərinə verilib və şagirdlərə məcburi şəkildə satılması tapşırılıb. Bunu isə nazir Emin Əmrullayevin xəbəri olmadan heç kimin gizli şəkildə həyata keçirməsi mümkün deyil. Belə olan halda maraqlı sual ortaya çıxır. Emin Əmrullayevi "Körpü" nəşriyyat evi ilə nə bağlayır? Birincisi, niyə məhz bu nəşriyyat? İkincisi, əlavə vəsait kimi nəzərdə tutulan bu kitab niyə könüllü yox, məhz məcburi şəkildə şagirdlərə satılmalıdır? Üçüncüsü, bu kitaba 9,5 manat qiyməti kim təyin edib?

Digər tərəfdən, redaksiyamıza "Körpü" nəşriyyat evi ilə bağlı olduqca maraqlı məlumatlar daxil olub. Daxil olan məlumata görə, "Körpü" nəşriyyatı Şahbazov Akif Səfər oğluna məxsusdur. Adıçəkilən şəxs özü Sumqayit bələdiyyəsində sədr müavini vəzifəsində çalışır. Bakı şəhəri, eləcə də Gəncə, Quba, Şamaxı və Azarbaycanın digər bütün bölgələrində məktəb direktorları müəllimlərə göstəriş verir və onlar da bu kitabı şagirdlərə məcburi şəkildə satırlar.

Qeyd edək ki, "Körpü" nəşiryatı tərəfindən çap edilən və hazırlanan bu kitab 1; 2; 3; 4-cü siniflər üçün Azərbaycan və rus bolmələri üzrə dərs vəsaitidir. Kitab məktəbliyə dəstək adı ilə şagirdlərə məcburi şəkildə satılır. Kitab çox keyfiyyətsiz hazırlandığından, eləcə də içərisində olan testlər düzgün yazılmadığından, üstəlik məktəb proqramına uyğun olmadığından valideynlər tərəfindən narazılıqla qarşılanır. Buna görə də, redaksiyamıza məsələ ilə əlaqədar gün ərzində onlarla şikayət məktubu daxil olur. Maraqlı sual isə 100 minlərlə pul qazanan "Körpü" nəşriyyatının dövlətə vergi ödəyib-ödəməməsi ilə bağlıdır. Görəsən, nəşriyyatın kitab çap etmək üçün lisenziyası və ya icazəsi varmı?

Digər bir maraqlı fakt isə nazir Emin Əmrullayevin həyat yoldaşı ilə bağlıdır. Belə ki, hörmətli nazirin həyat yoldaşı Britaniyada bahalı ali təhsil müəssisələrindən olan "Cambridge Judge Business School"da oxuyub. Hnası ki, bu təhsil ocağının illik qiyməti 63 min funt-sterlinqdir. Ancaq bu ödənişin mənbəyinin haradan olması ilə bağlı heç bir məlumat yoxdur. Görünür Emin Əmrullayev həyat yoldaşının təhsil haqqını məhz bu kitabları kasib ailələrin övladlarına məcburi şəkildə satdırmaqla ödəyir. "Körpü" nəşriyyat evi isə bu işdə hörmətli nazirə xidmət göstərir. Əks halda dövlət tərəfindən pulsuz kitablarla təmin olunan məktəblərə əlavə vəsaiti niyə məcbur şəkildə satdırsınlar ki? Ümid edirik ki, nazirlik yayılan bu iddialara münasibət bildirəcək və məsələ aydınlaşacaq.[center]Əmrullayevin[/center]TehsilMedia.az

Seçilən
12
3
yenisoz.az

4Mənbələr