AZ

İctimai nəqliyyatda yeni maliyyələşdirmə mexanizmi necə olacaq? - AÇIQLAMA

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Tənzimləyici orqan marşrut üzrə qət olunmuş ümumi məsafəni - kilometrləri, bu həcmin yerinə yetirilməsi ilə bağlı kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edir və marşrut üzrə faktiki qət olunmuş məsafəyə və göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinin yerinə yetirilməsinə uyğun olaraq xidmətlərə görə qanunla müəyyən edilmiş ödənişi daşıyıcıya edir".

Bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Trend-ə açıqlamasında bildirib.

Nazir müavini həmçinin deyib ki, xidmətlərə görə ödəniş müqavilədə müəyyən edilmiş daşıma keyfiyyətinin səviyyəsinə dair tələblər nəzərə alınmaqla daşıyıcının xərclərinin və mənfəətinin ödənilməsi yolu ilə hesablanır:

"Bu yanaşma xidmətlərin kifayət qədər yüksək keyfiyyətini və etibarlılığını təmin edir. O, beynəlxalq təcrübədə ictimai nəqliyyat sisteminin fəaliyyətinin keyfiyyəti və fasiləsizliyi baxımından daha dayanıqlı sistem olduğunu sübut etmişdir. Nazir müavini amıqlayıb ki, gediş haqlarından yığılan vəsaitin xidmətlərin ödənilməsi üçün istifadə edilməsi, bu kifayət etmədikdə isə "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondundan subsidiya şəklində istifadə edilməsi təklif edilir",-əlavə edib.

Seçilən
13
1
day.az

2Mənbələr