AZ

Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habeləterrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri iləvə digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşıRuben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesisentyabrın 23-də davam etdirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsindəhakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və CamalRamazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında(ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə,yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyivəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.

Sonra məhkəmədə zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı RubenVardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılmışdır.

Seçilən
13
16
az.trend.az

10Mənbələr