AZ

Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Baş prokuroru ilə görüşüb

Sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu”mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etməküçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası AliXalq Prokurorluğunun Baş prokuroru Saysana Xotfouthonun başçılıqetdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edənMilli Məclisin sədri bu tədbirin prokurorluq fəaliyyəti ilə bağlıqabaqcıl təcrübələrin mübadiləsinə və ümumi çağırışların müəyyənedilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Bildirilib ki, Azərbaycan və Laos arasında müxtəlif sahələrdəəlaqələr uğurla inkişaf edir. Qeyd olunub ki, ölkələrimizbeynəlxalq təşkilatlarda, xüsusən də BMT və Qoşulmama Hərəkatıçərçivəsində fəal əməkdaşlıq edirlər və bir-birilərinidəstəkləyirlər.

Qeyd olunub ki, ölkələrimizin siyasi partiyaları – YeniAzərbaycan Partiyası və Laos Xalq İnqilab Partiyası Asiya SiyasiPartiyaları Beynəlxalq Konfransı çərçivəsində yaxından əməkdaşlıqedirlər.

Görüşdə parlamentlər arasında münasibətlərə dair fikirmübadiləsi aparılıb və qanunvericilik orqanları arasındaəməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında müsbət roluqeyd olunub. O cümlədən, beynəlxalq parlament təşkilatlarındaəməkdaşlıq məsələləri vurğulanıb. Bildirilib ki, parlamentlərimizParlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsikimi mühüm platformalarda əməkdaşlıq edirlər.

Görüş üçün təşəkkürünü bildirən Laos Xalq DemokratikRespublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru SaysanaXotfouthon Bakıda prokurorluq orqanları üçün beynəlxalq konfransınyüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünüifadə edib. Konfransın əhəmiyyətindən danışan qonaq onun dostölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığıngüclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Söhbət zamanı qonaq Azərbaycanda Konstitusiyanın qəbulunun 30illiyi münasibətilə təbriklərini çatdırıb, iki ölkəninparlamentlərarası, iqtisadiyyat, logistika və digər sahələrdəəlaqələrinin daha da inkişaf etdirilməsi barədə fikirlərinibölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikirmübadiləsi aparılıb.

Seçilən
24
9
az.trend.az

10Mənbələr