AZ

Rubio: Avropa ondan neft aldığı müddətcə ABŞ Rusiyaya qarşı yeni tədbirlər görməyəcək

ABŞ-ın avropalı müttəfiqləri Rusiyadan böyük həcmdə neft və qaz almağa davam etdikcə, Vaşinqton administrasiyası Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə meylli deyil.

NOCOMMENT.az bildirir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp “bir variant var ki, nə vaxtsa Rusiyaya əlavə xərclər tətbiq etməli olacaq”. “Ancaq o, həmçinin dedi ki, biz bunu etməmişdən əvvəl Avropa bunu etməlidir” dedi Rubio. “Onlar bizdən bütün bunları tələb edirlər, lakin Avropada hələ də Rusiyadan böyük həcmdə neft və təbii qaz alan ölkələr var”, – dövlət katibi Vaşinqtonun avropalı müttəfiqlərini nəzərdə tutaraq əlavə edib. “Ona görə də onların addım atmasının vacib olduğunu düşünürəm.”

Rubio Trampın Ukraynadakı münaqişənin həllinə kömək etmək səylərinə toxunaraq, “Heç kim bunu dayandırmaq üçün daha çox çalışmadı və ya daha çox iş görmədi” dedi.

Sentyabrın 20-də Tramp ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakeri əmin edib ki, o, Vaşinqtonun avropalı müttəfiqlərini Rusiya neftinin alınmasını dayandırmağa inandırmaq niyyətindədir. Sentyabrın 13-də Amerika lideri bəyan edib ki, əgər Şimali Atlantika Alyansının bütün üzvləri birgə hərəkət etsələr və Rusiya neftinin alınmasını dayandırsalar, Moskvaya qarşı sərt sanksiyalar tətbiq etməyə hazırdır. O qeyd edib ki, bəzi NATO müttəfiqlərinin Rusiyadan enerji resurslarının idxalını davam etdirməsi “alyansın danışıqlarda mövqeyini zəiflətdi”.

Seçilən
16
nocomment.az

1Mənbələr