AZ

NATO Rusiyaya xəbərdarlıq etdi - cavab verəcəyik...


NATO Estoniyanın hava məkanının pozulmasına görə Rusiyaya xəbərdarlıq edib.

Brüsseldə keçirilmiş məsləhətləşmələrdən sonra Alyansa üzv olan 32 dövlətin birgə bəyanatında qeyd edilib: “Rusiya bilməlidir ki, NATO və müttəfiqləri beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidləri dəf etmək üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək. Biz cavabımızı istədiyimiz formada, vaxtda və sahədə verəcəyik”.

Bəyanatda qeyd olunub ki, bu pozuntu Rusiyanın məsuliyyətsiz davranışlarının geniş tendensiyasının bir hissəsidir. Sentyabrın 10-da Polşa hava məkanının Rusiya dronları tərəfindən kütləvi şəkildə pozulduğu, Finlandiya, Latviya, Litva, Norveç və Rumıniya da daxil olmaqla bir sıra müttəfiqlərin hava məkanlarının son dövrlərdə Rusiya tərəfindən pozulması vurğulanaraq NATO-nun hava məkanı pozulmuş bütün müttəfiqlərlə tam həmrəylik nümayiş etdirdiyi bildirilib. “Rusiya bu hərəkətlərin bütün məsuliyyətini daşıyır, bu cür davranışlar eskalasiyaya səbəb olur, səhv hesablamalara yol açır və insan həyatını təhlükəyə atır. Bu fəaliyyət dərhal dayandırılmalıdır”, - deyə bəyanatda qeyd edilib.

NATO-nun Rusiya tərəfindən göstərilən məsuliyyətsiz davranışlara qarşı cavabının qətiyyətlə davam etdiriləcəyinin vurğulandığı bəyanatda Alyansın “Şərq Keşikçisi” əməliyyatını başlatdığı qeyd olunub: “Biz öz imkanlarımızı möhkəmləndirəcək, həmçinin effektiv hava müdafiəsi vasitəsilə nüfuz və müdafiə potensialımızı artıracağıq”.

ZÜMRÜD

Seçilən
9
3
baki-xeber.com

4Mənbələr