AZ

Nəsimi festivalı beynəlxalq əhəmiyyət daşıyır - Pakistandan olan nümayəndə (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, mənəviyyat, incəsənətfestivalının təntənəli açılışı keçirilib. Festival Heydər ƏliyevFondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub,Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO)ilə tərəfdaşlıq əsasında reallaşıb.

Trend xəbər verirki, festivalın açılışında “Əbədi həqiqətin axtarışında” mövzusundaBeynəlxalq Forum keçirilib.

Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada,Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminənyetmiş tədqiqatçı və alim iştirak edib.

Tədbirin qonaqlarından biri – Pakistanın Allama İqbal AçıqUniversitetinin professoru Ali Kumayl Qızılbaş forum çərçivəsində“Nəsimi və Məhəmməd İqbalın nəzmində yer alan məhəbbətinfələsəfəsi” başlıqlı məruzə ilə çıxış edərək, “Nəsimi” festivalınınyüksək səviyyədə keçirilməsini təqdir edib.

“Bizim festivalda iştirakımız sadəcə bir səfər deyil. Bu,mədəniyyətlərarası dialoqa şüurlu töhfə vermək və poeziya vəfəlsəfə vasitəsilə xalqlar arasında körpülər qurmaq istəyimizdir.Biz buraya açıq ürəklə gəlmişik, öz baxışımızı bölüşmək, yenibiliklər əldə etmək və humanizm, mənəvi dərinlik və düşüncənincəsarətinin simvolu olan Nəsimiyə ehtiram göstərmək üçün. Bufestivalın beynəlxalq əhəmiyyəti var. O, fəlsəfəni, poeziyanı vəmədəniyyəti təcəssüm etdirir. Nəsimiyin düşüncələri CəlaləddinRuminin (Məvlana) fəlsəfəsi ilə eyniyyət təşkil edir, onun irsi dəPakistanda böyük hörmətlə qarşılanır. Nəsimi və Rumi Şərq və Qərbibirləşdirən əbədi dəyərlərin – sevgi, mərhəmət, sözün gücünə inamvə insan ləyaqətinin rəmzidir. Əminəm ki, belə festivallarbeynəlxalq əlaqələrin möhkəmlənməsində, mədəniyyətlərarası dialoquninkişafında və ümumbəşəri əhəmiyyətli mənəvi irsin təbliğindəmərkəzi rol oynayır”, -deyə Trend-ə Əli Kumayl Qızılbaşbildirib.

Nəsimi
Nəsimi
Məqalədə:
Seçilən
22
1
az.trend.az

2Mənbələr