AZ

Bizim Yolumuz Qüdrətli Dövlət Yoludur!

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu prosesdə birmənalı mövqe yoxdur. Ölkədə çox az kəsim dövlətin zəifləməsinə can atır. Onların məqsədləri isə bu fürsətdən istifadə edib siyasi hakimiyyəti ələ keçirməkdir. Bunları kimlər istəyir? Mövcud hakimiyyətə arqumentli siyasi mövqe ortaya qoya bilməyən siyasilər, oportunist oliqarxlar, radikal qruplar və xarici maraqların agentləri. Bu şəxslər bizdə varmı? Var. Amma onların sayı çox az olub və görünən tərəflər dərhal zərərsizləşdirilib. Müəyyən şəxslər ölkədən çıxıb, bəziləri isə hələ də hibrid aksiyalarla nəyəsə nail olmaq haqqında düşünür. Xarici siyasi "babalarının" dəstəyi ilə ölkədə dezinformasiya və nifrət nitqi yaymağa çalışır, bununla da həmrəyliyə zərbə vurub qütbləşmə yaratmağa cəhd edirlər. Lakin ölkənin qüdrətli və güclü olması üçün çalışan və onu gücləndirən əksəriyyət milli həmrəyliyi qoruyub saxlayır, iqtisadi asılılığımızı azaltmaq, siyasi asılılığımızı minimuma endirmək və mütləq müstəqilliyimizi qorumaq üçün strateji addımları ilə seçilir. Dövlətin güclü olması gələcək nəsillərə qüdrətli bir dövlət miras qoymaq, onların qürurlu və firavan yaşamasına xidmət etmək deməkdir. Keçmiş dəyərlərimizə, babalarımızın irsinə sədaqət göstərməklə yeni dünyada öz layiqli yerimizi tutmaq üçün addımlar atılır. Nəzərə alın ki, indiki reallıqda bu heç də asan başa gəlmir. Bu risklərə və təhdidlərə qarşı qətiyyət yalnız vətənə vicdanla yanaşan, dövlətçilik prinsiplərini və dövlət anlayışını, mənəvi ruhun dərinliklərinə qədər hiss edən cəsarətli şəxslər apara bilər. Nə xoş ki, bu gün biz artıq o yolun axırına çatmaq üzrəyik. Əgər bu gün Orta Dəhliz – Çin, Mərkəzi Asiya, Xəzər, Azərbaycan, Türkiyə və Avropa tam gücü ilə işə düşsə, ölkəmiz əsas tranzit mərkəzə çevriləcək. Bunu yalnız keçmişinə və gələcəyinə xəyanət edənlər istəməyə bilər. Enerji siyasətimizi neftdən kənara çıxarıb yaşıl enerji, külək, günəş və hidrogen ixracatına yönəltmək siyasəti yalnız bu ölkəni sevməyən insanları sevindirər. Hərbi mövqeyimiz möhkəmlənib, regionda və dünyada maraqlarımıza uyğun balanslı, aktiv diplomatiya aparılır. Bu yalnız ölkəyə düşmənçilik hissi olanların xoşuna gəlməyə bilər. Xalqımızın potensialı, etimadı və həmrəyliyi, eləcə də İlham Əliyevin siyasi qərarlarının düzgünlüyü, strateji və müdrik mövqeyi nəticəsində indiki məqamda ölkəmiz üçün ən böyük fürsətlər yaranıb. Kim bu uğurları ölkəsi üçün istəmirsə və yalnız dövləti zəif görmək istəyirsə, onlar heç bir nəticə əldə edə bilməyəcəklər. Biz çox böyük və ciddi uğurlara imza atmışıq və astanasında olduğumuz bu uğurları qoruyub saxlamaq, gələcəkdə daha da artırmaq üçün heç bir spekulyasiya və məkrli planın həyata keçməsinə imkan verməməliyik. İrəli baxmalı, ölkəmizin inkişafı və qüdrəti üçün birgə çalışmalıyıq.Əmin olun ki, mütləq bu istiqamətin əksinə işləyənlər istər hakimiyyətin daxilində, istərsə də xaricindəkilər öz layiqli cəzalarını alacaqlar.Əziz soydaşlar, üzündə imanını göstərib, qəlbində imanı olmayanlara inanmayın.Ramil Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
newscenter.az

3Mənbələr