AZ

"Arsenal"ın yetirməsi süni komaya düşüb

İngiltərədənin “Çiçester Siti” komandasının futbolçusu Billi Viqar ciddi zədələnərək xəstəxanaya yerləşdirilib.

İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ona baş beyin zədəsi diaqnozu qoyulub.

Hadisə şənbə günü Regional Liqa oyunu zamanı baş verib. 21 yaşlı hücumçunun başının beton divara dəydiyi ehtimal edilir.

Klubun açıqlamasında bildirilir ki, Billi ciddi beyin zədəsi alıb və hazırda reanimasiyada süni komada saxlanılır: "Nəticənin necə olacağını demək hələ tezdir və hər şey yaxşı olsa belə, bərpa prosesi uzun olacaq”.

Qeyd edək ki, Viqar “Arsenal” akademiyasının məzunudur və “Derbi Kaunti” sistemində də çıxış edib.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr