AZ

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) vəQazaxıstan Respublikasının "Qiymətli Kağızların MərkəziDepozitarı"arasında qarşılıqlı hesabların açılmasına dair sazişimzalanmışdır. Saziş Almatıda keçirilən Ümumdünya MərkəziDepozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarəheyətlərinin sədrləri tərəfindən imzalanıb.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzindən Trend-ə verilən məlumatagörə, bu təşəbbüs hər iki ölkənin kapital bazarları arasındatranssərhəd çıxışı genişləndirmək məqsədi daşıyır. Yeni yaradılanbirbaşa əlaqə mexanizmi investorlara Azərbaycanın və Qazaxıstanınfond bazarlarına birbaşa çıxış imkanı təmin edəcək, transsərhədinvestisiyaların inkişafına və daha dərin maliyyə inteqrasiyasınatəkan verəcək.

Depozitarlararası əməkdaşlıq sayəsində bazar iştirakçılarıqiymətli kağızları birbaşa mərkəzi depozitarların nominal saxlayıcıhesablarında saxlaya və hesablaşmaları effektiv şəkildə aparabiləcəklər. Bu, qazaxıstanlı investorlar üçün Azərbaycan bazarına,azərbaycanlı investorlar üçün isə Qazaxıstan bazarına çıxış üçünyeni imkanlar yaradacaq.

Təşəbbüs, həmçinin, investisiya portfellərinindiversifikasiyasına və iki qonşu ölkənin maliyyə bazarları arasındaəməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir. Bütün lazımitexniki prosedurların tamamlanmasından sonra depozitarlararasıinfrastrukturun tam işə salınması gözlənilir.

Qeyd edək ki, bu addım MDM-in "2024-2026-cı illər üzrə İnkişafStrategiyası"nda nəzərdə tutulmuş depozitarlararası əlaqələringenişləndirilməsi istiqamətində həyata keçirilir.

Məqalədə:
Seçilən
15
7
az.trend.az

8Mənbələr