AZ

Mingəçevirdə 13 yaşlı piyadanı maşın vurdu

MİNGƏÇEVİR, 23 sentyabr. TELEQRAF

Mingəçevirdə 13 yaşlı piyadanı maşın vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivi ərazisində baş verib.

İkram Yusifov idarə etdiyi "VAZ -21015" markalı avtomobillə 2012-ci il təvəllüdlü piyada Yusif Rüstəmovu vurub.

Müxtəlif bədən xəsarətləri alan yeniyetmə piyada hadisəni törədən sürücü tərəfindən təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
6
teleqraf.com

8Mənbələr