AZ

Şara ilə ABŞ kəşfiyyatının keçmiş direktoru arasında maraqlı dialoq - Əsədi necə devirdiniz?


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Suriya prezidenti Əhməd Şara ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş baş direktoru Devid Petreusun moderatorluğu ilə keçirilən Concordia Sammitində sualları cavablandırıb.

Toplantının əvvəlində “Əssalamu aleykum” deyən Petreusu, Şara “Əhlən və səhlən” deyərək salamlayıb.

Sammitdə Petreus Şaraya keçmişi ilə bağlı sual verib: "Mən 20 il əvvəl İraqda qüvvələrə rəhbərlik edəndə biz fərqli tərəflərdə idik. Siz ABŞ qüvvələri tərəfindən 5 il həbsdə saxlandınız. İndi buradasınız, Suriyanın liderisiniz. Əl-Qaidə ilə əlaqəli olduğunuz o dövrü necə geridə qoyub, bu günkü nöqtəyə gəldiyiniz barədə danışa bilərsinizmi?"

Şəra bu suala belə cavab verib: "Biz bir vaxtlar qarşıdurma içində idik, indi isə dialoqa aparırıq. Keçmişi indinin qaydaları ilə mühakimə edə bilmərik, bu günü də keçmişin qaydaları ilə dəyərləndirə bilmərik".

Şara həmçinin Suriyanın ABŞ-la əməkdaşlıq etmək istədiyini vurğulayıb: "Bizim maraqlarımız ABŞ-la üst-üstə düşür. Biz Suriya üçün yeni səhifə açmalıyıq. Amma sanksiyalar yalnız xalqın əzabını artırır. Suriya xalqı ikinci dəfə sanksiyalarla öldürülməməlidir".

Petreusun "Bəşər Əsəd rejimini məhdud qüvvə ilə necə devirdiniz?" sualına isə Şara belə cavab verib: "Düzgün vaxt və yer seçmək vacib idi. Sürətli və qəfil hücumlar həyata keçirdik. Kiçik, nizam-intizamlı qüvvə böyük və intizamsız qüvvəni məğlub edər".

TAHİR

Seçilən
14
baki-xeber.com

1Mənbələr