AZ

Adnan Əhmədzadənin əmlaklarına həbs qoyuldu - Xanımının hesabları bloklandı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

Ucnoqta.az gununsesi.info-ya istinadən xəbər verir ki, iş adamına məxsus şəhərin mərkəzindəki mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda dəniz kənarından aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib. Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

Seçilən
38
33
ucnoqta.az

10Mənbələr