AZ

Milli Məclis sədri Polşanın yeni səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib  

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Polşa Respublikasının ölkəmizdəki səfiri Pavel Radomski ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sahibə Qafarova P.Radomskini Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək, səfir kimi gələcək fəaliyyətində ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı ölkələrimiz və xalqlarımız arasında əlaqələrin zəngin tarixə malik olduğu qeyd edilib, hazırda Azərbaycan və Polşa arasında siyasi və iqtisadi sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Həmçinin ali və yüksəksəviyyəli səfərlərin əlaqələrin yüksələn dinamikasındakı mühüm rolu vurğulanıb. Həmçinin əlaqələrin inkişafında parlamentlər arasında münasibətlərin müsbət rolu, bu istiqamətdə təmasların vacibliyi qeyd olunub. Tərəflər qarşılıqlı səfərlərin, o cümlədən dostluq qruplarının fəaliyyətinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini ifadə ediblər.

Səfir Pavel Radomski ölkəmizin və paytaxt Bakının inkişafı ilə bağlı müsbət fikirlərini ifadə edib. O, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, orada aparılan genişmiqyaslı quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
16
29
azerbaijan-news.az

10Mənbələr