AZ

Aİ Rusiyada xüsusi iqtisadi zonaların fəaliyyətini məhdudlaşdıra bilər

Yeni - 19-cu sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Avropa şirkətlərinə Rusiyanın xüsusi iqtisadi zonalarına investisiya qoymağı qadağan etməyi planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə “Politico”nun Avropa bürosu təklif layihəsinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, sənəddə Rusiyanın maliyyə şəbəkələrinə, enerji ixracına və arxa qapı ticarət yollarına diqqət yetirilir ki, bu da Avropanın Moskvanın hərbi gücünü azaltmaq üçün növbəti cəhdidir.

"Brüssel həmçinin Rusiyada xarici şirkətlərə sərmayələri cəlb etmək üçün güzəştli vergi rejimi təqdim edən xüsusi iqtisadi zonaların fəaliyyətini məhdudlaşdırmaq istəyir. Bu təklifə əsasən, Aİ şirkətlərinin bu zonalara sərmayə qoyması qadağan olunacaq", - məqalədə deyilir.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr