AZ

“Bank of Baku”nun 20 milyon manatlıq istiqrazları üçün böyük investor sifarişi qeydə alınıb

“Bank of Baku” ASC-nin 20 milyon manatlıq istiqrazları üzrə 8 sentyabr 2025-ci il tarixində başlayan abunə yazılışı və 19 sentyabr 2025-ci il tarixində başa çatıb.

Banker.az BFB-yə istinadən xəbər verir ki, İSİN kodu AZ2010005364 olan istiqrazlar 23 sentyabr 2025-ci il tarixində yerləşdirilib.

İstiqrazlar üçün 601 investor müştəri çıxıb və ümumi 682 sifariş sayı olub.

Qeyd edək ki, bu istiqrazlar məsafədən, yəni ABB-nin tətbiqi ilə də “book” etmək mümkün idi.

İstiqrazlarla bağlı əsas məlumatlar aşağıdakılardır:

Emitent: Bank of Baku ASCDövlət qeydiyyat nömrəsi – İSİN: AZ2010005364İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazTicarət üsulu/forması: Kütləvi / Abunə yazılışıİstiqrazların sayı: 200,000 ədədİlkin ticarət qiyməti: 100 manatBuraxılış həcmi: 20,000,000 manatİllik gəlirlilik faizi: 13%Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən birTədavül müddəti: 18 ayMinimal qiymət: 100.00 manat (13.0%)Maksimal qiymət: 100.00 manat (13.0%)Kəsmə qiymət: 100.00 manat (13.0%)Ortaçəkili qiymət: 100.00 manat (13.0%)Reallaşdırılmış həcm: 20,000,000 manatSifarişlərin ümumi həcmi (nominal qiymətlə): 20,000,000 manatİnvestor sayı: 601Sifariş sayı: 682Anderrayter: ABB-Invest Investisiya Şirkəti QSC

Seçilən
40
3
banker.az

4Mənbələr