AZ

İsti briketlənmiş dəmir zavodunun istifadəyə veriləcəyi tarix açıqlandı

Bakı. Trend:

Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti iləimzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsalgücünə malik isti briketlənmiş dəmir (HBI) zavodununlayihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarəedilməsi təmin olunacaq.

Trend xəbərverir ki, bunu "Daşkəsən Dəmir Filiz" MMC-nin Baş direktoru CeyhunƏliyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalqİnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilənbrifinqdə bildirib.

Onun sözlərinə görə, zavod Şəmkir rayonunda inşa ediləcək:"Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır.İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdantəhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçünprioritet yalnız iqtisadi tövhə deyil, həm də ekolojiməsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsivə müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas işprinsiplərindəndir".

"HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron)texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Butexnologiya – ənənəvi domna sobalarından fərqli olaraq karbonemissiyalarının 60%-dək azaldılmasını mümkün edir. Belə ki,kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbiiqazdan istifadə edilir. Həmçinin, bu növ zavodlar gələcəkdə sıfırkarbon emissiyasına nail olmaq üçün, istehsalatda təbii qaz əvəzinəhidrojenə keçid etməyə imkan yaradır. Bu səbəbdən, sözügedəntexnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır", - deyəC. Əliyev qeyd edib.

Məqalədə:
Seçilən
18
3
az.trend.az

4Mənbələr