AZ

Qəzza əhalisi üçün 350 min çadır tələb olunur – ÖZƏL

Qəzzanın mərkəzi və cənub bölgələrində şimaldan köçürülən əhalinin yerləşdirilməsi üçün ən azı 350 min çadıra ehtiyac var. 

Olaylar.az xəbər verir ki, bu barədə Fələstin qeyri-hökumət humanitar təşkilatlarının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, İsrail hakimiyyəti bu günədək əraziyə cəmi 1,5 minə yaxın çadırın gətirilməsinə icazə verib. Halbuki, 80 min çoxnəfərlik çadır Qəzzaya göndərilməyə hazırdır, lakin onların da daşınmasına məhdudiyyətlər qoyulub.

Nümayəndə bildirib ki, bu vəziyyət bölgədəki humanitar böhranı daha da dərinləşdirir.

İsrail ordusunun məlumatına əsasən, 21 sentyabr tarixinədək Qəzza şəhərindən 550 mindən artıq sakin təxliyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr