AZ

® OBA “Sənin ideyan dəstəklənir” adı altında startap layihəsinə başlayır

OBA marketlər şəbəkəsi innovasiyanın və startapların inkişafına dəstək məqsədilə SİD (Startap, İnnovasiya və Dəstək) layihəsini təqdim edir. Bu layihə pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramı olmaqla, daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləyir. SİD layihəsi ideyaların ilkin mərhələdə dəstəklənərək böyüdülməsini özündə əks etdirir. Layihə “Sənin İdeyan Dəstəklənir” şüarı ilə yaradıcı təşəbbüslərin inkişafını təmin edir. Proqram daxilində OBA marketlər şəbəkəsinin əməliyyatlarını optimallaşdıracaq innovativ həllər hazırlanması nəzərdə tutulub. Eyni zamanda, layihə Azərbaycan startap ekosisteminin inkişafına mühüm töhfə verir.

Layihə iki əsas istiqaməti əhatə edir: Daxili proqram – “OBA Intrapreneurship” və Xarici proqram – İnnovativ Həllər Marafonu. Daxili proqramda şirkət əməkdaşları üçün nəzərdə tutulmuş bu istiqamət daxili ideyaların inkişafı və reallaşdırılması üçün platforma yaradır. Xarici proqram, yəni İnnovativ Həllər Marafonu şirkət xaricindən startap komandaları, mütəxəssislər və yaradıcı fərdlər üçün təşkil edilən açıq müsabiqədir. Burada real biznes problemlərinə tətbiq edilə bilən texnoloji və yaradıcı həllər təklif olunur. İştirakçılar öz layihələrini münsiflər qarşısında təqdim edir və ən yaxşı həllər mükafat qazanır.

Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar keçirilir. Layihənin əsas qiymətləndirmə kriteriyaları problemin aktuallığı, innovativlik, iqtisadi səmərəlilik və texnoloji əsaslılıqdır. Ümumilikdə 10 min manat məbləğində mükafat fondu nəzərdə tutulub. SİD layihəsi şirkətin innovasiya mədəniyyətini gücləndirir və əməkdaşların yaradıcı potensialını üzə çıxarır. Bu təşəbbüs OBA marketlər şəbəkəsini regionda innovasiya yönümlü biznes mərkəzinə çevirməyi hədəfləyir. Layihə, həmçinin yeni tərəfdaşlıq və əməkdaşlıq imkanları yaradılmasında əhəmiyyətli rola malikdir.

Layihə ilə bağlı ətraflı məlumat üçün sayta keçid edə bilərsiniz: https://startup.oba.com.az/

 

Seçilən
17
7
azertag.az

8Mənbələr