AZ

Karate yığmasının baş məşqçisi: Qadınlarda yalnız bir idmançıdan real gözlənti var

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın karate yığmasının dünya çempionatına lisenziya xarakterli turnirdə iştirak edəcək heyəti bəlli olub.

İdman.biz-in məlumatına görə, millimiz 17-19 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda səkkiz idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Şahin Atamovun rəhbərliyi altında komandaya bu karateçilər daxildir: Fərid Savadov (60 kq), Nuran Rzazadə (67 kq), Rəşid Süleymanov (75 kq), Turqut Hüseynov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fatimə Cəbrayılova (50 kq), Mədinə Sadıqova (55 kq), Aysu Əliyeva (61 kq).

Baş məşqçi Şahin Atamov yarışla bağlı İdman.biz-ə açıqlamasında bunları deyib:

“Dünya çempionatına vəsiqə qazanmaq üçün hər çəki dərəcəsində ən azı ilk altılıqda olmaq lazımdır. Fikrimizcə, kişi karateçilər üçün bu problem olmayacaq – hər beş idmançımızın lisenziya qazanmağa gücü çatır. Qadınlar arasında isə real şans əsasən bir nəfərə aiddir. Daha çox nəticə əldə etsək, xoş sürpriz olar”.

Qeyd edək ki, 68 kq çəki dərəcəsində çıxış edən, üçqat dünya çempionu İrina Zaretska reytinqi sayəsində mundiala birbaşa vəsiqə qazanıb və Parisdəki turnirdə iştirak etməyəcək. Dünya çempionatı isə 27-30 noyabrda Misirin paytaxtı Qahirədə keçiriləcək.

Vüqar Vüqarlı

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
icma.az

2Mənbələr