ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov general-leytenant İvan Tkaçevin Federal Təhlükəsizlik Xidmətinin (FSB) Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi təyin edilməsi ehtimalı ilə bağlı yayılan məlumatı şərh etməkdən imtina edib.
Teleqraf xəbər verir ki, o, belə təyinatların məxfilik şəraitində həyata keçirildiyini bildirib.
Peskov jurnalistlərin təyinatı təsdiqləmək istəyinə cavab olaraq deyib:
“Mən bunu şərhsiz buraxıram. Bu tipli bir çox təyinatlar məxfi fərmanlarla həyata keçirilir. Bunlar məxfi fərmanlar olduğu üçün onları müzakirə etmirik”.
Qeyd edək ki, bundan əvvəl bir neçə KİV və Teleqram kanalı Tkaçovun təyinatı ilə bağlı məlumat yayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.