AZ

Azərbaycanda qanunsuz ov cərimələri nə qədərdir? ARAŞDIRMA

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qanunsuz ovçuluq ölkəmizdə həm təbiətə, həm də ekosistemə ciddi zərər vurur.

Qanunvericiliyə əsasən, ceyran, dağ keçisi, ayı, canavar və digər vəhşi heyvanların icazəsiz ovlanması ciddi maliyyə sanksiyaları ilə nəticələnir.

Nadir və “Qırmızı kitab”a düşən növlərin ovlanması isə yalnız cərimə ilə kifayətlənmir, eyni zamanda cinayət məsuliyyəti yaradır. Bu tədbirlər təkcə təbiətin qorunması deyil, həm də ekosistemin balansının qorunması baxımından vacib hesab olunur.

Bəs heyvanları ovlayanları hansı cərimələr gözləyir?

“Cebheinfo.az” bu mövzuda araşdırmanı təqdim edir:

• Ceyranı qanunsuz ovlayan şəxs 5000-6000 manat cərimələnir.

• Ayını icazəsiz ovlayan şəxsə 4000-5000 manat maliyyə sanksiyası tətbiq olunur.

• Dağ keçisi (bezoar keçi) ovlayanlar üçün cərimə 4000-5000 manat təşkil edir.

• Canavar ovlayanlar 2000-2500 manat cərimələnir.

• Çaqqal ovuna görə cərimə məbləği 1 500-2 000 manat arasında dəyişir.

• Tülkü qanunsuz ovlayan şəxslər 1000-1500 manat cərimə ödəyir.

• Dovşan ovlayanlar üçün cərimə 800-1000 manat təşkil edir.

• Kəklik, bildirçin və digər ov quşlarını icazəsiz ovlayanlara 500-800 manat cərimə tətbiq olunur.

• Qırqovulu ovlayan şəxs 1000-1200 manat cərimələnir.

• Turna, ördək və qazın qanunsuz ovlanmasına görə 700-900 manat cərimə nəzərdə tutulub.

• Nəsli kəsilməkdə olan və “Qırmızı kitab”a düşən heyvanları ovlayan şəxslər isə 6000-10000 manat cərimə ilə yanaşı, cinayət məsuliyyətinə də cəlb olunur.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr