AZ

Azərbaycanda qanunsuz ov cərimələri nə qədərdir? - ARAŞDIRMA

Qanunsuz ovçuluq ölkəmizdə həm təbiətə, həm də ekosistemə ciddi zərər vurur.

Bəs heyvanları ovlayanları hansı cərimələr gözləyir?

“Cebheinfo.az” bu mövzuda araşdırmanı təqdim edir:

• Ceyranı qanunsuz ovlayan şəxs 5000-6000 manat cərimələnir.

• Ayını icazəsiz ovlayan şəxsə 4000-5000 manat maliyyə sanksiyası tətbiq olunur.

• Dağ keçisi (bezoar keçi) ovlayanlar üçün cərimə 4000-5000 manat təşkil edir.

• Canavar ovlayanlar 2000-2500 manat cərimələnir.

• Çaqqal ovuna görə cərimə məbləği 1 500-2 000 manat arasında dəyişir.

• Tülkü qanunsuz ovlayan şəxslər 1000-1500 manat cərimə ödəyir.

• Dovşan ovlayanlar üçün cərimə 800-1000 manat təşkil edir.

• Kəklik, bildirçin və digər ov quşlarını icazəsiz ovlayanlara 500-800 manat cərimə tətbiq olunur.

• Qırqovulu ovlayan şəxs 1000-1200 manat cərimələnir.

• Turna, ördək və qazın qanunsuz ovlanmasına görə 700-900 manat cərimə nəzərdə tutulub.

• Nəsli kəsilməkdə olan və “Qırmızı kitab”a düşən heyvanları ovlayan şəxslər isə 6000-10000 manat cərimə ilə yanaşı, cinayət məsuliyyətinə də cəlb olunur.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr