AZ

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
Bu barədə Oxu.Az-a "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1 000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Seçilən
21
12
oxu.az

10Mənbələr