AZ

İşə qəbul müsahibəsi başlayır - BŞTİ

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsilmüəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsibaşlayır.

Trendxəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixindən start veriləcəkmüsahibə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsilsəviyyəsi, həmin sahədə iş təcrübəsi, şəhid və müharibə veteranıailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyədəvət edilib.

Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumatnamizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsiləgöndərilib.

Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətlərimüvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdiklərimobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.
Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarlarınardıcıllığına uyğun həyata keçiriləcək:
- Şəhid və müharibə veteranı ailə üzvləri
- Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)
- Təhsil səviyyəsi
- Pedaqoji və laboratoriya sahəsində iş stajının olması.
Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazasısiyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olanşəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyatakeçirilə bilər.

Seçilən
35
12
az.trend.az

10Mənbələr