AZ

"Münasibətlər dostluq və tərəfdaşlıq ruhunda inkişaf edir" - ŞƏRH EDİLDİ

"Azərbaycan Respublikası son illərdə xarici siyasətində çoxşaxəli əməkdaşlıq strategiyasını uğurla həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu strategiya çərçivəsində ölkə, müxtəlif qitələrdə yerləşən dövlətlərlə, o cümlədən Afrika qitəsinin bir sıra ölkələri ilə siyasi və iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir:

"Azərbaycan, qlobal miqyasda ədalətli və qarşılıqlı faydalı tərəfdaşlıqlara əsaslanan münasibətlər qurmağa çalışır. Bu baxımdan Afrika ölkələri ilə əməkdaşlıq, ölkəmizin beynəlxalq nüfuzunun artmasında və yeni bazarlara çıxış imkanlarının genişlənməsində mühüm rol oynayır. Ruanda Respublikası da Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə maraq göstərən Afrika ölkələrindən biridir. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan əlaqələr qurmuş, siyasi dialoqun daha da dərinləşdirilməsi istiqamətində addımlar atmışdır. Ruanda, Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edir.

Azərbaycan, eyni zamanda Ruanda ilə iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə də açıq yanaşır. Xüsusilə Ruandada təbii ehtiyatların araşdırılması və işlənməsi sahəsində potensial imkanlar mövcuddur və Azərbaycan bu istiqamətdə öz təcrübəsini paylaşmağa hazırdır. Ümumilikdə, Azərbaycan və Ruanda arasında münasibətlər dostluq və tərəfdaşlıq ruhunda inkişaf etməkdədir. Gələcəkdə bu əməkdaşlığın daha da dərinləşəcəyi və müxtəlif sahələri əhatə edəcəyi gözlənilir".

Seçilən
23
1
sia.az

2Mənbələr