
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfər edib.
Reyting.az xəbər verir ki, İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.

