AZ

Pezeşkianın qızı və kürəkəni də Amerikaya buraxılmadı

ABŞ hökuməti İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian və onun həyat yoldaşı Həsən Məcidiyə də BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu haqda "İran İnternathional" məlumat yayıb.

Bununla yanaşı ABŞ hökuməti həmçinin Nyu Yorkda Pezeşkianı müşayiət etməli olan İran mediasının və Prezident Aparatının da jurnalist və fotoqraflarının heç birinə viza verməyib.

Qeyd edək ki, bundan əvvəl İran mediası Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın ABŞ-ə buraxılmadığı barədə məlumat yayıb.

Seçilən
14
3
axar.az

4Mənbələr