AZ

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da əmək müqaviləsinə xitam verilib. 

News24.az xəbər verir ki, bu barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı məlumat yayıb.

"Sosial şəbəkədə və mediada adı çəkilən vəkil Şaiq Mirzəyev hazırda Milli Observatoriyaın əməkdaşı deyil. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib", - deyə o qeyd edib. 

Qeyd edək ki, Şaiq Mirzəyevin həmin qurumda Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması haqda məlumatı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə ictimailəşdirib. O bunu qanunsuzluq kimi qiymətləndirərək, Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib.



Seçilən
91
11
news24.az

10Mənbələr