AZ

AFFA millinin yeni baş məşqçisini müəyyənləşdirdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın yeni baş məşqçisini demək olar ki, müəyyənləşdirib.

KONKRET.az idmanbiz-ə istinadən xəbər verir ki, yığmaya böyük ehtimalla Azərbaycanın U-21 millisinin çalışdırıcısı Ayxan Abbasov rəhbərlik edəcək.

Mənbənin sözlərinə görə, hazırda müzakirələr məşqçinin namizədliyi ilə bağlı deyil, onunla imzalanacaq müqavilənin müddəti ətrafında aparılır. İki variant nəzərdən keçirilir: ya cari seçmə mərhələ bitənədək, ya da uzunmüddətli müqavilə bağlanacaq. Yaxın günlərdə bu məsələ həll olunacaq və yeni baş məşqçinin adı rəsmi olaraq açıqlanacaq.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis Fernandu Santuş 2026-cı il dünya çempionatının seçmə mərhələsinin ilk oyununda İslandiyaya 0:5 hesabı ilə məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Ukrayna yığmasına qarşı Bakıda keçirilən oyunda Azərbaycan millisini gənclərdən ibarət yığmanın baş məşqçisi və o dövrdə “Şamaxı” klubuna rəhbərlik edən Ayxan Abbasov meydana çıxarmışdı. Komanda onun rəhbərliyi altında layiqli oyun göstərərək görüşü 1:1 hesablı heç-heçə ilə başa vurmuşdu.

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunları 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək: komandamız oktyabrın 10-da Fransaya, 13-də isə Ukraynaya qarşı səfərdə qüvvəsini sınayacaq.

Seçilən
14
9
konkret.az

10Mənbələr