AZ

Mingəçevir və Yevlaxda 32 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq



Sentyabrın 25-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Newscenter.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Mingəçevir" Qazpaylayıcı Stansiyasında (QPS) yenidənqurma işləri aparılmış şəhər qaz xəttinin mövcud sistemə qoşulması ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti yaranacaq. Bununla əlaqədar sentyabrın 25-də saat 09:00-dan etibarən işlər başa çatanadək "Mingəçevir" QPS-dən qidalanan "Mingəçevir 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təzhizatının dayanması ilə əlaqədar (Mingəçevir şəhəri və Yevlax rayonun Tanrıqulular, Hürüuşağı və Borçalı kəndləri) 31 046 əhali abonenti və 515 qeyri-yaşayış obyekti, ümumilikdə 31 561 abonentinin qaz təchizatında fasilə yaranacaq.

Mehman Mehdiyev
Seçilən
9
28
newscenter.az

10Mənbələr