AZ

Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +14 dərəcədən +17 dərəcəyədək, gündüz +20 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək olacaq.

Seçilən
11
49
day.az

10Mənbələr