AZ

Şahin Mustafayev Təbrizə səfər etdi - FOTOLAR

Azərbaycanın Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə səfər edib.

Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Şahin Mustafayevi Şərqi Azərbaycan vilayətinin valisi Bəhram Sərməsti qarşılayıb.

Səfərin məqsədi iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun icrasını izləmək və birgə nəqliyyat layihələri ilə tanış olmaqdır.

Şahin Mustafayevi İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq müşayiət edir.

Tərəflər Kəlalə–Culfa avtomobil yolu və Kəlalə–Ağbənd sərhəd körpüsünə baş çəkəcək, iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı istiqamətində müzakirələr aparacaqlar.

 

(APA)

Seçilən
16
16
moderator.az

10Mənbələr