AZ

Mikayıl Cabbarov: Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir

BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycan Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verir.

Teleqraf xəbər verir ki, bu barədə iqdisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkə hesabında paylaşım edib.

"Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Monteneqronun turizm naziri xanım Simonida Kordiç ilə faydalı görüş keçirdik. Azərbaycanın Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğuladıq. İki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq. Forum bu baxımdan yeni imkanlar yaratmaq üçün əhəmiyyətli platformadır." - deyə paylaşımda qeyd edilir.

Seçilən
9
2
teleqraf.com

3Mənbələr