AZ

Danimarka pilotsuz təyyarə ilə bağlı insidenti ölkənin infrastrukturuna edilən ən böyük hücum adlandırıb

Danimarkanın baş naziri Mette Frederiksen əvvəllər Kopenhagen hava limanını bağlayan pilotsuz təyyarələrin aşkarlanmasını bu günə qədər Danimarkanın kritik infrastrukturuna edilən ən ciddi hücum adlandırıb.

Operativ Media xəbər verir ki, "TV 2" onun sözlərini sitat gətirib.

“Dünən gecə gördüklərimiz Danimarkanın kritik infrastrukturuna bu günə qədər edilən ən ciddi hücum idi. Bunun arxasında kimin dayanması ilə bağlı heç bir variantı istisna etmirik”.

Danimarka polisi dronları kimin idarə etdiyi barədə məlumatlarının olmadığını bildirib. Hüquq-mühafizə orqanları Norveçdəki insidentlə mümkün əlaqəni araşdırdıqlarını qeyd ediblər. Oslo hava limanı da pilotsuz təyyarənin aşkarlanmasından sonra üç saatdan çox müddətə fəaliyyətini dayandırmışdı.

Seçilən
15
operativmedia.az

1Mənbələr